Budaq yenə oynadı, “Sportinq” qələbə qazandı!

Milli komandamızın üzvü Budaq Nəsirov Portuqaliyanın "Sportinq” B klubunun heyətində növbəti oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi Portuqaliya Sequndasının XII turunda "Leixoes” ilə ev matçında oynamaq imkanı qazanıb.
 

Budaq matçın 46-ci dəqiqəsində - hesab 1:0 olan zaman meydana daxil olub. O, Edu Pinheyronu əvəzləyib. Nəsirov oyuna daxil olduqdan sonra özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Belə ki, "Sportinq” futbolçumuz meydana daxil olduqdan cəmi 1 dəqiqə sonra hesab arasındakı fərqi artırıb və Budaq həmin qolun vurulmasında fəal iştirak edib. 
 
Ancaq "Leiksoes” bir neçə dəqiqə sonra hesab arasındakı fərqi azaltmağa nail olub. 64-dəqiqədə Ludoviç "Sportinq”i məyus edib.
 
Beləliklə də, 2-1 hesablı qələbəyə sevinən "Sportinq" daha 3 qazanaraq xallarının sayını 20-ə yüksədib. Xatırladaq ki, bu, Budağın "Sportinq”in heyətində keçirdiyi 4-cü rəsmi matç olub.
 
 
"Sportinq” 2-1 "Leixoes”
Qollar:
 Leanardo Ruiz 3`, 47` // Ledoviç 64`.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right