"Liverpul"dan Cerrerda "yaşıl işıq"

“Liverpul”un çalışdırıcısı Yurgen Klopp komandanın sabiq futbolçusu Stiven Cerrard haqda açıqlama verib.

Newsport.az-ın məlumatına görə, “qırmızılar”ın və İngiltərə yığmasının sabiq kapitanı Stiven Cerrard Amerikanın “Lon Anceles Qalaksi” klubu ilə başa çatan müqaviləsini uzatmayıb. Almaniyalı mütəxəssis "Liverpul"un qapılarının Cerrarda hər zaman açıq olduğu bildirib:

“Cerrard hər zaman “Liverpul”a gələ bilər. Heç kəs düşünməsin ki, o bura qayıda bilməz. Mən Stiveni tanıyıram. "Liverpul"un qapıları onun üzünə hər zaman açıqdı. Hər şey yaxşı olacaq”.

Qeyd edək ki, Stiven Cerrard 1998-2015-ci illərdə “Liverpul”un şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right