Newsport.az-ın məlumatına görə, Qvardiola heç vaxt “Barselona”nın oyun sistemini “Siti”də tətbiq etməyə çalışmadığını bildirib. O, “Barsa”nın yalnız bir futbolçuya görə belə oynadığını da vurğulayıb:
“Mən “Siti”nin “Barsa” kimi oynamasına çalışmıram. “Barselona” komandada olan oyunçularına görə belə oynayır. Bir qədər də dəqiqləşdirsək, yalnız bir futbolçuya görə.
Burda çoxu deyir ki, Qvardiola ingilis futbolunu dəyişməyə gəlib. Mən isə deyirdim ki, “Siti”də ingilis futbolunu dəyişmək üçün yox, özümün dəyişməməyim üçün işləyirəm.
Öz futbolçularımı dəyişməliydim ki, onlar qələbə qazansınlar, futboldan zövq alsınlar. Məni məhz buna görə komandaya dəvət ediblər. Mən özüm də futbolçularımın oyun keyfiyyətlərinə adaptasiya olunmalıydım”.
Çempionlar Liqasının qrup mərhələsində “Barselona” ilə qarşılaşan “Mançester Siti” 0:4 hesabı ilə məğlub olub.