Avropa Liqasının qrup mərhələsində "Qarabağ”a 0:2 hesabı ilə uduzan Yunanıstan PAOK-un futbolçusu Dieqo Bisesvar yerli mətbuata qarşılaşma haqqında danışıb.
Newsport.az-ın məlumatına görə, o, şanssız günləri olduqlarını bildirib:
"Biz güclü rəqibə qarşı çətin oyun keçirdik. "Qarabağ"la oyunda heç nə edə bilmədik. Oyunumuza yaxşı da demək olmaz, pis də. Biz uğursuz və şanssız günümüzdə idik. Növbəti matçda bunun əvəzini çıxacağımıza inanıram. Evdə fərqli oynamaq lazımdır”.