Bu gün Portuqaliya çempionatında VIII turun oyunlarına start veriləcək.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə millimizin üzvləri – Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi "Boavişta” da meydana çıxacaq.
Portu təmsilçisi "Maritimo”nun qonağı olacaq. Çox güman ki, son oyunlarda uğurlu çıxış ilə diqqət çəkən Ağayev bu dəfə də start heyətində yer alacaq. Ancaq Eminlə bağlı bunları demək olmaz. Çünki Mahmudov "Boavişta”nın heyətində hələ də debüt etmək şansı qazanmayıb. Ona görə də, Eminin "Maritimo” səfərində meydana çıxıb-çıxmayacağı bəlli deyil.
Qeyd edək ki, geridə qalan VII turdan sonra "Boavişta” 7 xalla 13-cü, "Maritimo” isə 9 xalla 9-cu pillədə qərarlaşıb. Xatırladaq ki, "Maritimo” – "Boavişta” oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq.