Budaq Nəsirov oynadı, "Sportinq" qələbə qazandı

Milli komandamızın üzvü Budaq Nəsirov Portuqaliyanın "Sportinq" B klubunun heyətində növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, gənc yarımmüdafiəçi Portuqaliya Sequndasının XI turunda "Fremunde" ilə səfər matçında oynamaq imkanı qazanıb. Budaq matçın 65-ci dəqiqəsində - hesab 2:2 olan zaman Edu Pineyronun əvəzinə meydana daxil olub.

Matç isə "Sportinq" B-nin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Oyuna aktiv qoşulan Nəsirov komandasının qələbə qazanmasında böyük rol oynayıb.

Xatırladaq ki, bu, Budaq Nəsirovun "Sportinq"in heyətində keçirdiyi 3-cü rəsmi matçı olub.

"Freamunde" 2 - 3 Sportinq B 

Qollar: Leanardo Pimenta ,19, Rui Rainyo, 45 - Pedro Delqado 27, Bilel Auaşeriya, 33, Ronaldo Tavareş, 89





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right