Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo Bakıya gəlib.
Newsport.az-ın məlumatına görə, ulduz futbolçu futbolçu "facebook" səhifəsində "Bakıda ilk günüm" sözlərini yazaraq fotosunu paylaşıb. Onun Bakıya hansı səbəbdən gəlməsi hələ ki, məlum deyil.
Qeyd edək ki, Ronaldinyo ötən günlərdə "Barselona" klubunun dünya üzrə səfiri təyin olunub. O, “Barselona”ya bütün dünyada yeni bazarlar tapmaqda, komandanın imicinin yüksəldilməsində yardım edir.
