Norveç millisinin baş məşqçisi ilə bağlı qərar verildi

Per-Matias-Hoqmonun Norveç millisindəki gələcək taleyinə aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, bu gün bu məsələ ilə bağlı Norveç Futbol Federasiyasında iclas baş tutub. 

Federasiyanın iclasında mütəxəssislə bağlı yekun qərar verilib. Qərara alınıb ki, Hoqmo DÇ-2018-in seçmə mərhələsinin növbəti oyununda da millinin "sükanı arxası”nda olacaq. Ancaq növbəti uğursuzluq onun istefaya göndərilməsi ilə nəticələnəcək. 
Qeyd edək ki, Norveç millisi DÇ-2018-in seçmə mərhələsində Bakıda baş tutan oyunda yığmamıza 1-0 hesabı ilə məğlub olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right