"Barselona"da 3 illik müqavilə

"Barselona” daha bir aparıcı futbolçusu ilə müqaviləni yeniləyib.

Newsport.az-ın məlumatına görə, bu gün argentinalı müdafiəçi Xavyer Maskerano ilə 3 illik sözləşmə imzalanıb. Təcrübəli futbolçu 2019-cu ilin iyunun 30-dək "Barselona"nın uğurları üçün tər tökəcək. Bu barədə məlumat Kataloniya klubunun rəsmi saytında verilib.

Qeyd edək ki, 32 yaşlı futbolçu 2010-cu ildə “Liverpul”dan transfer olunub. O, bu müddət ərzində Kataloniya klubu ilə 4 dəfə İspaniya çempionluğu, 3 dəfə ölkə kuboku, 2 dəfə superkubok, 2 dəfə isə Çempionlar Liqasını qazanıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right