"Barselona" ulduz futbolçusu Neymarla müqavilənin müddətini yeniləyib.
Newsport.az-ın məlumatına görə, bu barədə məlumatı Kataloniya klubu yayıb.
Tərəflər arasında 2021-ci ilin yayına qədər sözləşmə imzalanıb.
Qeyd edək ki, 2013-cü ildə "Santos"dan transfer edilən Neymarla bağlanılan müqavilənin müddəti 2018-ci ildə bitəcəkdi.