Messidən daha bir rekord

İspaniya La Liqasının VIII turu çərçivəsində keçirilən "Barselona" - "Deportivo" matçı birincilərin ulduz futbolçusu Lionel Messi üçün əlamətdar olub.
Newsport.az-ın məlumatına görə, Kataloniya təmsilçisinin 4:0 hesabı ilə qalib gəldiyi görüşdə argentinalı rekorda imza atıb.
Oyunun ikinci hissəsində meydana daxil olan və 1 qol vuran Messi Telmo Zarranın rekordunu qırıb. Belə ki, hazırda Messi ev oyunlarında ən çox fərqlənən futbolçudu. O, doğma meydanda 180 qola imza atıb. Argentinalı bunu 176 ev matçında bacarıb.
 
Maraq üçün bildirək ki, Kriştiano Ronaldo La Liqa çərçivəsində "Real"ın ev oyunlarında 150 qola imza atıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right