“Traktor Sazi” liderliyi əldən verdi

İran çempionatında 8-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Təbrizin “Traktor Sazi” klubu səfərdə “Saypa Karaj”la qarşılaşıb. Oyun qolsuz bərabərliklə başa çatıb.

Bu heç-heçədən sonra “qırmızı qurdlar” zirvədəki mövqeyini əldən verib. Belə ki, bu turadək çempionata liderlik edən Təbriz klubu, “Saypa Karaj”la oyundakı xal itkisiylə “Persepolis”i özündən irəli buraxıb. Hazırda “Traktor Sazi” liderdən 2 xal geri qalır.

Təbrizin digər təmsilçisi “Maşın Sazi” də bu turda meydana çıxıb. Təbriz klubu Xuzestan “İstiqlal”ına 1 - 3 hesabı ilə uduzub. Hazırda hesabında 6 xal olan “Maşın Sazi” 15-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right