Ronaldinyo dünya səfiri oldu

“Barselona”nın sabiq futbolçusu Ronaldinyonun yeni vəzifəyə təyinat alıb.

Newsport.az-ın məlumatına görə, Ronaldinyo “Barselonanın”nın prezidenti Xosep Mariya Bartomeu ilə bir araya gəlib. Komandanın ABŞ-dakı səfiri olan Ronaldinyoya yeni təklif edilib. Belə ki, ona klubun dünya üzrə səfiri olmaq təklifi olunub. Ulduz futbolçu bunu qəbul edib.

Ronaldinyo "Barselona"nın imicinin yüksəldilməsində köməklik edəcək.

Qeyd edək ki, 36 yaşlı futbolçu hazırda azad agent statusu daşıyır. O, 2003/08-ci illərdə "Barselona"da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right