Podolski millimizlə matçı gözləməyəcək

DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olan Almaniya martın 22-də İngiltərə ilə hazırlıq qarşılaşmasında üz-üzə gələcək.

Newsport.az-ın məlumatına görə, bu görüş bundestimin futbolçusu Lukas Podolskinin milli komandada son oyunu olacaq. Almaniya mətbuatının yazdığına görə Dortmundun "Siqnal İduna Park" stadionunda baş tutacaq matçda 31 yaşlı forvard sonuncu dəfə milli komandanın formasını geyəcək.

Qeyd edək ki, Almaniya millisi martın 26-da Bakıda Azərbaycan yığmasının qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right