Futbol üzrə Belarus çempionatının qalibinin adına aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, BATE növbəti dəfə ölkə çempionu titulunun sahibi olub. Borisov təmsilçisi buna çempionatın bitməsinə 5 tur qalmış nail olub.
25-ci turda səfərdə "Qranit Mikaşeviçi"nin qonağı olan BATE 1 - 0 hesabı ilə qələbə qazanıb. Bu qalibiyyətlə xallarını 63-ə çatdıran komanda ən yaxın izləyicisi Soliqorsk "Şaxtyor"unu 18 xal qabaqlayaraq ardıcıl 11-ci çempionluğunu rəsmiləşdirib.