“Qəbələ”nin rəqibinin heyətində ciddi itki

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ”nin qrup mərhələsindəki rəqibi "Anderlext” ciddi itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, Belçika klubunun rumıniyalı futbolçusu Alesandrru Çipçiu zədələnib. 
 
Klubun rəsmi saytında yer alan xəbərə görə, Rumıniya millisinin yarımmüdafiəçisi DÇ-2018-in seçmə mərhələsində Qazaxıstana qarşı görüşdə (0:0) zədə alıb. Onun 1 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
 
Çipçiunun noyabrın 24-ü keçiriləcək "Qəbələ" ilə görüşə kimi hazır olacağı gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right