Neymar qərarını verdi

“Barselona”nın forvardı Neymar klubu haqqında fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, braziliyalı ulduz Kataloniya təmsilçisi ilə müqavilənin müddətini uzatmağa qərar verib: 

“Özümü “Barselona”dan başqa bir komandada bu qədər xoşbəxt hiss edə bilmərəm. “Nou Kamp” arenandakı atmosfer dünyanın heç bir klubunda yoxdur. Gününü dəqiq bilmirəm, amma tezliklə yeni müqavilə imzalayacam. “Barselona”da və bu şəhərdə çox xoşbəxtəm. Hər şey arzuladığım kimidir. Mən burda çox əylənirəm”. 

Qeyd edək ki, Neymar 2013-cü ildə Braziliyanın “Santos” klubundan “Barselona”ya transfer olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right