Norveç Futbol Federasiyası Azərbaycan məğlubiyyətinə görə iclas keçirəcək

Norveç Futbol Federasiyasının (NFF) İcraiyyə Komitəsi ölkə yığmasının çıxışına qiymət verəcək.

Newsport.az-ın məlumatına görə, NFF-in prezidenti Terye Svendsen qurumun rəsmi saytına açıqlamasında bildirib ki, 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Azərbaycan yığmasına 0:1 hesablı məğlubiyyətdən sonra belə bir qərar qəbul edilib. San Marino ilə 11 oktyabr matçını da gözləmək lazım gəlib. "Cırtdan ölkə" üzərində 4:1 hesablı qələbə də federasiyanı niyyətindən döndərməyib.

Svendsen əlavə edib ki, İcraiyyə Komitəsi yığmanın nəticələrinin NFF-in ambisiyaları ilə uzlaşmaması səbəbindən bir araya gəlir.

Norveç millisi C qrupunda 3 oyundan sonra 3 xalla 4-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right