"Azərbaycan millisini mütləq məğlub etməliyik"

Şimali İrlandiya millisinin futbolçusu Li Hodson DÇ-2018-in seçmə mərhələsində Almaniyaya uduzduqları (0:2) oyundan sonra açıqlama verib.

Newsport.az-ın məlumatına görə, o, millimizlə oyundan qısaca danışıb:

"Almaniyaya uduzsaq da, təcrübə qazandıq. Öz meydanımızda Azərbaycanı məğlub etməliyik. Bunu bacarsaq, 2-ci pilləyə yüksələcəyik və bu bizim şanslarımızı yaxşılaşdıracaq. Azərbaycan millisini mütləq məğlub etməliyik".

Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan görüşü noyabrın 11-i keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right