UEFA Gənclər Liqasının Çempionlar yolunun II mərhələsində keçiriləcək “Dinamo" (Moskva) - "Qəbələ" oyununa hakim təyinatları açıqlanıb.
Newsport.az-ın məlumatına görə, Moskvada keçiriləcək cavab oyununu moldovalı hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Dumitru Muntyan olacaq. Ona Vyaçeslav Sivaçiov və Anatoli Basiul kömək edəcək.
Qeyd edək ki, oktyabrın 19-da Ximki stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Komandalar arasında keçirilən ilk oyunda Rusiya klubu qalib gəlib - 2:0.