Manuel Noyer: "Artıq indi zəif komanda yoxdur"

Almaniya millisi DÇ-2018-in seçmə mərhələsində öz meydanında Şimali İrlandiya yığmasını 2:0 hesabı ilə məğlub edib.

Newsport.az-ın məlumatına görə, oyundan sonra yerli mətbuata açıqlama verən Almaniya millisinin qolkiperi Manuel Noyer oyunu dəyərləndirib:

“Yaxşı oyun keçirdik və qalib gəldik. Çexiya ilə oyunda da belə oynamışdıq. İşlərimiz qaydasında gedir. Növbəti oyunumuz səfərdə San Marinoya qarşıdır. Rəqibimizə hörmətlə yanaşırıq. Artıq indi zəif komanda yoxdur. Bunu Azərbaycan yığması öz nəticələri ilə sübut edir. Çünki onlar qrupda 2-ci pillədədir. Biz bütün oyunlara yalnız qələbə qazanmaq üçün çıxırıq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right