Madridin "Real" klubu daha bir futbolçusu ilə müqavilə yeniləyib.
Newsport.az-ın məlumatına görə, "kral klubu" almaniyalı futbolçusu Toni Krossla müqaviləni daha 2 illiyinə uzadıb.
Almaniya millisinin də şərəfini qoruyan Kross 2022-ci ilə qədər Madrid klubunda çıxış edəcək.
Onun mövcud müqaviləsi 2020-ci ilə qədər idi.