"Onların qapımıza cəmi 1 zərbə vurduqları yadımdadı" - Çexiya millisinin qapıçısı

"Oyun zamanı hücumlar etməyə çalışdıq. Azərbaycan millisi isə bizi əks hücumda yaxalamaq istəyirdi. Onların qapımıza cəmi 1 zərbə vurduqları yadımdadı. Biz Azərbaycanın müdafiə futbolu oynayacağını gözləyirdik. Təəssüf ki, evlərinə xalla dönməyi bacardılar".
Newsport.az-ın məlumatına görə, bu sözləri Çexiya millisinin qapıçısı Tomas Vaçlik deyib. Çexiya millisi DÇ-2018-in seçmə mərhələsində yığmamızla heç-heçə edib.

Oyundan sonra yerli mətbuata açıqlama verən qolkiper qalib gələ bilmədikləri üçün təəssüf hissi keçirdiyini deyib:  "Azərbaycandan 5 xal geriyik.  Bunu aradan qaldırmalıyıq. Mütləq öz evimizdə Norveçə qalib gəlməliyik".

Vaçlik Azərbaycanla görüşdə onlara dəstək olan azarkeşlərə təşəkkür edib: "Azarkeşlər bizi qələbəyə səsləyirdilər. Onlar möhtəşəm idi və buna görə, təşəkkürümü bildirirəm. Hətta əlverişsiz havada da bizi dəstəklədilər".




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right