"İkinci hissədə bizə nə oldu, onu bilmədim" - Çexiyalı futbolçu

Çexiya millisinin üzvü Patrik Şik DÇ-2018-in seçmə mərhələsi çərçivəsində dünən millimizlə keçirilən oyun (0:0) haqda danışıb.

Newsport.az-ın məlumatına görə, Şik ikinci hissədə zəif çıxış etdiklərini bildirib:

"Oyuna olduqca yaxşı başladıq. Düşünürəm ki, yaxşı qol imkanlarımız da oldu. Oyuna nəzarət edən tərəf biz idik. Rəqibi təzyiq altında saxlaya bilmişdik. Ancaq ikinci hissədə bizə nə oldu, onu bilmədim.

Rəqib tərəfdən bəzi məqamlarda təzyiqə məruz qalırdıq. Bu səbəbdən də çətin idi. Üstəlik mərkəzdə yüklənmə var idi. İkinci hissədə çox zəif oynadıq, tez-tez top itkilərinə yol verirdik. Üç xal qazanmaq istəsək də, bacarmadıq. Qələbə qazanmadığımıza görə heyfslənirəm”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right