Millimizin üzvləri Kamran Ağayevlə Emin Mahmudovun çıxış etdiyi "Boavişta"nın yeni baş məşqçisi rəsmən bəlli olub.
Newsport.az-ın məlumatına görə, Portuqaliya təmsilçisinə Migel Leal başçılıq edəcək. Köməkçi məşqçilər Xorxe Kouto və Alfredo Kastro vəzifəsində qalacaq.
Qeyd edək ki, buna qədər "Boavişta"nı boliviyalı Ervin Sançes çalışdırırdı.