"Qəbələ"nin futbolçusu Sergey Zenyovun şərəfini qoruduğu Estoniya millisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində qrupdakı üçüncü oyununda Yunanıstanı qəbul edib.
Newsport.az-ın məlumatına görə , matç estonların 0 - 2 hesablı məğlubiyyətii ilə yekunlaşıb. Meydana start heyətində çıxan Zenyov, 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, 3 turdan sonra hesabında 3 xal olan Estoniya millisi qrupda dördüncü pillədə qərarlaşıb.