Budaq Nəsirov “Sportinq”in heyətində növbəti oyununu keçirdi

Milli komandamızın üzvü Budaq Nəsirov Portuqaliyanın "Sportinq” klubunun B komandasının heyətində növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, o, Portuqaliya II liqasının X turu çərçivəsində baş tutan "Aves” – "Sportinq” matçında meydana daxil olub. 
 
Belə ki, "Sportinq”in məğlub olduğu matçda (0-2) Budaq 20 dəqiqə oynamaq şansı qazanıb. Qarşılaşmaya erhtiyat oyunçular skamiyasında başlayan istedadlı futbolçumuz 65-ci dəqiqədə Pedro Delqadonun əvəzinə meydana çıxıb. 
 
Qeyd edək ki, bu, Budağın Portuqaliya klubunun heyətindəki ikinci oyunu olub. O, komandada debütünü "AD Fate” ilə oyunda etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right