Bu gün DÇ-2018-in seçmə mərhələsinin C, E və F qruplarında növbəti oyunlar keçiriləcək.
Newsport.az-ın məlumatına görə, bu gün millimiz də seçmə mərhələdə növbəti oyununu keçirəcək. Robert Prosineçkinin yetirmələri evdə Norveçlə qarşılaşacaq.
Millimizin yer aldığı C qrupunda daha iki oyun keçiriləcək. Almaniya millisi evdə Çexiya ilə üz-üzə gələcək. Şimali İrlandiya isə doğma meydanda San Marinonu sınağa çəkəcək.
E qrupunda isə favoritlər Polşa və Danimarka üz-üzə gələcək. Qrupun digər oyunlarında Ermənistan Rumıniyanı, Monteneqro isə Qazaxıstanı qəbul edəcək.
Tsikldə ilk oyununda Slovakiyanı çətinliklə məğlub edən İngiltərə millisi bu gün evdə F qrupunun autsayderlərindən sayılan Maltanı sınağa çəkəcək.
İlk oyununda səfərdə Maltanı darmadağın etmiş (5:1) Şotlandiya evdə Litva ilə qarşılaşacaq. Qrupun digər oyununda isə Sloveniya və Slovakiya üz-üzə gələcək.
C qrupu
20:00. Azərbaycan - Norveç - 1:0
Qol: Maksim Medvedev, 11 (1:0)
22:45. Şimali İrlandiya – San-Marino -4:0
Qollar: Steven Davis, 26-pen
22:45. Almaniya – Çexiya - 3:0
Qol: Tomas Müller, 13, Toni Kross, 49, Tomaz Müller, 65
E qrupu
20:00. Ermənistan - Rumıniya - 0:5
Qollar: Stanku, 4-pen, Popa, 10, Marin, 12, Stançu, 29, Kipçu, 59
20:00. Monteneqro - Qazaxıstan - 5:0
Qollar: Tomaşeviç, 24, Vukçeviç, 59, Yovetiç, 64, Beçiray, 73, Saviç, 78
22:45. Polşa - Danimarka - 3:2
Qol: Robert Levandovski, 20 (1:0), 36-pen. (2:0), 48 (3:0)
F qrupu
20:00. İngiltərə - Malta - 2:0
Qollar: Staric, 29 (1:0), Alli, 38 (2:0)
22:45. Şotlandiya - Litva - 1:1
22:45. Sloveniya - Slovakiya - 1:0
Qol: Kronaveter, 74