Estoniya millisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində qrupdakı ikinci oyununda Cəbəllütariqi qəbul edib.
Newsport.az-ın məlumatına görə, matç estonların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşün iştirakçıları arasında “Qəbələ”nin hücumçusu Sergey Zenyov da olub.
Meydana start heyətində çıxan Zenyov, 65-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 2 turdan sonra hesabında 3 xal olan Estoniya millisi qrupda dördüncü pillədə qərarlaşıb.