2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə mərhələsində 2-ci turun qarşılaşmaları davam edir.
Newsport.az-ın məlumatına görə, A qrupunda yer alan Fransa doğma meydanda Bolqarıstanı qəbul edib. Qarşılaşmada hesabı qonaqlar açsalar da fransızlar sürpzizə imkan verməyiblər. Belə ki, meydan sahibləri bu matçdan 4 - 1 hesablı qələbə ilə ayrılmağı bacarıb.
Fransa - Bolqarıstan 4:1
Qollar: Kevin Qameyro, 23, 59 Dmitri Paye, 26, Antuan Qrizmann, 38 - Mixail Aleksandrov, 6 (pen)