"Azərbaycanla oyun mənim üçün xüsusi olacaq"

“Bilirik ki, böyük komandaya qarşı oynayacağıq. Almaniya qrupun açıq-aşkar favoritidir. Onlara qarşı mübarizə aparmaq asan deyil. Almanların oyunu Avropa çempionatında üz-üzə gəldiyimiz İspaniya yığmasına oxşardır. Hansının daha güclü olduğunu demək isə çətindir. Amma almanlar daha inadkardır”.

Newsport.az-ın məlumatına görə, bu sözləri Çexiya yığmasının hücumameyilli yarımmüdafiəçisi Ladislav Kreyçi deyib.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiya sabah Almaniyanın qonağı olacaq. Bundan 3 gün sonra çexlər Azərbaycan millisini qəbul edəcəklər.

"Bolonya"da çıxış edən Kreyçi millimizlə oyunda qələbə qazanamaq istədiklərini qeyd edib:

 

“Yığmada 28 oyun keçirmişəm. Əgər hər iki oyunda forma şansı qazansam, Azərbaycanla matç 30-cu qarşılaşmam olacaq. Buna görə də Azərbaycanla oyun mənim üçün xüsusi olacaq. Həmin görüşdə qələbə qazanaq istəyirik”.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right