Ötən gecə keçirilən Braziliya - Boliviya matçında 2 qol vuran Neymar oyunun 69-cu dəqiqəsində əvəzlənib.
Newsport.az-ın məlumatına görə, buna səbəb top uğrunda mübarizə zamanı "sambaçı"nın dirsək zərbəsi ilə üzləşməsi olub.
Yasmani Dukun zərbəsinə tuş gələn Neymar qanlar içində yerdə qalıb. Həkim müdaxiləsindən sonra o, xəstəxanaya aparılıb.
Qeyd edək ki, qarşılaşma Braziliyanın 5:0 hesablı qələbəsi ilə başa çatıb.