Neymardan 300-cü qol

DÇ-2018-in seçmə mərhələsində Braziliya millisi Boliviyanı 5:0 hesabı ilə darmadağın edib.
 
Newsport.az-ın məlumatına görə, sözügedən qarşılaşma "Barselona"nın ulduz futbolçusu Neymar üçün əlamətdar olub. 5 qoldan ikisinə imza atan "sabmaçı" bununla da karyerası ərzində vurduğu qolların sayını 300-ə çatdırıb.
 
Xatırladaq ki, braziliyalı qollardan 49-nu əsas milldə, 18-ni gənclərdən ibarət yığmalarda, 138-ni "Santos"da, 95-ni isə "Barselona"da vurub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right