Azərbaycanlı futbolçu klubsuz qaldı

Ukrayna millisinin sabiq üzvü  Aleksandr Əliyev işsiz qalıb.

Newsport.az-ın məlumatına görə, əslən azərbaycanlı olan yarımmüdafiəçi Qazaxıstanın “Taraz” klubu ilə mövcud müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib. Futbolçunun ailə problemləri səbəbi ilə belə bir addım atdığı bildirilir.

Qeyd edək ki, 31 yaşlı Əliyev karyerası ərzində Kiyev “Dinamo”su, “Dnepr”, “Lokomotiv” və “Anji” klublarında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right