"Azərbaycanla oyunda qalib gəlməliyik"

Şimali İrlandiya millisinin baş məşqçisi Maykl O Nil DÇ-2018-in seçmə mərhələsində San Marino və Azərbaycanla oyun öncəsi açıqlama verib.

Newsport.az-ın məlumatına görə, o, hər iki görüşdə qalib gəlməli olduqlarını deyib:

"San Marino ilə oyun asan olmayacaq. Ancaq biz qələbə qazana bilərik. Azərbaycanla da görüşdə qalib gəlməliyik. Bu, Almaniya və Çexiyaya qarşı oyunlara rahat çıxmağımıza imkan verəcək. Üstəlik, Almaniyadan qopara biləcəyimiz hər bir xal bizim üçün bonus olacaq. "

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 11-də Şimali İrlandiya yığmasının qonağı olacaq. Bakıda isə komandalar 2017-ci il iyunun 10-da qarşılaşacaqlar.

qol.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right