Norveçin millimizlə oyun üçün heyəti məlum oldu

Norveç mətbuatı bu ölkənin milli komandasının yığmamızla DÇ-2018-in seçmə mərhələ oyununa hansı taktiki düzülüşdə və hansı heyətlə çıxacağını yazıb.

Newsport.az-ın məlumatına görə, norveçli həmkarlamız baş məşqçi Per Matias Hoqmonun millimizlə səfər matçında 4-5-1 taktikasından yararlanacağını yazıblar.

Hoqmonun millimizlə görüşdə start heyətdə bu futbolçulara şans verəcəyi güman oluunur:

Rune Yarsteyn - Yunas Svensson, Even Hovlann, Stefan Strannberq, Hatam Alisami - Per-Silyan Şelbred, Ole-Kristian Selnes, Markus Henriksen, Yo-İnqe Berqet - Coşua Kinq.

 

Qeyd edək ki, Azərbaycan - Norveç matçı oktyabrın 8-də Bakı Olimpiya stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right