Azərbaycanla oyunöncəsi Çexiya millisində iki itki

DÇ-2018-in seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Çexiya yığmasının heyətində dəyişiklik edilib.

Newsport.az-ın məlumatına görə,  rəqibin 2 futbolçusu zədələnib.
 
Komandanın qapıçı Yaroslav Drobnı və yarımmüdafiəçi Martin Fridek zədəyə görə heyətdən çıxarılıb.

Drobnının əvəzinə İrji Pavlenkoya dəvət göndərilib.
 
Qeyd edək ki, Çexiya millisi oktyabrın 8-də Almaniyanın qonağı olacaq, 3 gün sonra isə yığmamızı qəbul edəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right