Çexiya yığmasının baş məşqçisi: "Azərbaycan millisinin sürpriz edəcək gücü yoxdur"

"Bizi Almaniya və Azərbaycana qarşı fərqli oyunlar gözləyir. Almaniya qrupda bütün rəqibləri üstələyir. Rəqibimizin zəif nöqtəsi yoxdur. Almanlarda bunu tapsaq, ondan istifadə etməyə çalışacağıq. Bütün komponentlərdə başabaş mübarizə aparmalıyıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri Çexiya millisinin baş məşqçisi Karel Yarolim söyləyib.

Çexiya yığması DÇ-2018-in seçmə mərhələsində oktyabrın 8-də Almaniyanın qonağı olacaq, 3 gün sonra isə Azərbaycanı qəbul edəcək.

Çexiya mətbuatına açıqlama verən millinin çalışdıırıcısı Karel Yarolim bu oyunlar barədə danışıb:

"Almaniya ilə oyun çox çətin keçəcək. Onlar qrupda hamı üçün problemdir, səddir. Əgər səfərdə xal qazansaq, çox xoşbəxt olacam. Azərbaycanla qarşılaşma fərqli xarakterə malikdir. Almaniya yığmasını məğlub etmək nə qədər çətindirsə, Azərbaycan millisini udmaq o qədər asan olmalıdır. Çünki Azərbaycanın bizim üçün sürpriz edəcək gücü yoxdur".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right