Kamran Ağayev rəmzi "11-lik"də FOTO

Portuqaliya Premyer Liqasında 7-ci tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, başa çatan oyunlardan sonra turun simvolik heyəti açıqlanıb. "Whoscored" saytının tərtib etdiyi rəmzi komandada millimizin və "Boavişta"nın qolkiperi Kamran Ağayev də var.

Qeyd edək ki, "Boavişta" öz meydanında “Moreirense”yə 2:0 hesabı ilə qalib gəlib. İlk dəqiqədən sonadək meydanda olan Ağayev 26-cı dəqiqədə penaltini dəf edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right