Madrid "Real”ının baş məşqçisi Zinəddin Zidan istefa verəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Newsport.az-ın məlumatına görə, "Real” keçirdiyi son 4 oyunda qələbə qazana bilmir. Ötən gün "Eybar”la heç-heçədən sonra (1-1) İspaniya mətbuatı fransız çalışdırıcının yaxın günlərdə istefa verəcəyini iddia edib.
Ancaq bu gün məsələ ila bağlı mətbuat konfransı keçirən mütəxəssis haqqında çıxan xəbərlərin həqiqət olmadığını bildirib:
"Mən oyunçu yox, baş məşqçiyəm. "Real”da uzun illər oynamışam və bu klubu çox yaxından tanıyıram. Ardcıl iki oyunda alınan uğursuz nəticə komandanı narahat edir. Hazırda haqqımda çıxan xəbərlərə fikir vermirəm. Ancaq belə davam edərsə, lazım olanı edərəm”.
Qeyd edək ki, Zidan Rafael Benitezin istefasından sonra bu ilin əvvəlində komandanın "sükanı arxası”na keçib.