Messi məşqlərə başladı

"Barselona"nın ulduz futbolçusu Leonel Messi məşqlərə başlayıb.

Newsport.az-ın məlumatına görə argentinalı hücumçu hələ ki, komanda ilə birgə çalışmasa da , o, fərdi şəkildə məşq edir. 29 yaşlı futbolçunun kollektivlə birgə nə vaxt məşqlərə qatılacağı hələ məlum deyil.

Qeyd edək ki, Messi İspaniya La Liqasının 5-ci turu çərçivəsində Madrid "Atletiko"su ilə görüşdə qasıq nahiyəsindən zədə almışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right