"Boavişta"nın baş məşqçisi: "Kamranın penaltini dəf etməsindən sonra..."

"Boavişta"nın baş məşqçisi Ervin Sançes Portuqaliya Premyer Liqasının 7-ci turunda "Moreyrense"yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında jurnalsitlərin suallarını cavablandırıb.
 

Newsport.az-ın məlumatına görə, boliviyalı çalışdırıcı millimizin qapıçısı Kamran Ağayevin penaltini zərərsizləşdirməsindən sonra komandasının daha güclü oynamağa başladığını bildirib:
"Kamran Ağayevin penaltini dəf etməsindən sonra nəyə qadir olduğumuzu nümayiş etdirdik. Qələbə qazanacağımızı bilirdik. Çox istəkli idik. Məncə, 3 xalı haqq edirdik. Çox xoşbəxtik. Mən belə oyuna görə futbolçularımla fəxr edirəm. Bu qələbəni klubun prezidenti Joao Lourerioraya həsr edirik və ona şəfa diləyirik".

Qeyd edək ki, "Boavişta" ilk qolu Kamran Ağayevin penaltini dəf etməsindən cəmi 4 dəqiqə sonra vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right