"Barselona”nın futbolçusu Lionel Messi "Roma”nın hücumçusu Françesko Tottini 40 yaşı münasibəti ilə təbrik edib.
Newsport.az-ın məlumatına görə, o, təbrik mesajında Tottiyə pərəstiş etdiyini bildirib:
"Totti, doğum gününü təbrik edirəm. Ümid edirəm ki, əla bir gün yaşayacaqsan. Mən həmişə sənə pərəstiş etmişəm. Səninlə görüşdüyüm günü isə heç vaxt unutmuram”.