Elnur Cəfərov Xorvatiyada növbəti matçına çıxdı

Futbol üzrə Xorvatiya ikinci liqasında 8-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Elnur Cəfərovun çıxış etiyi "Duqopolye" də növbəti matçına çıxıb. Elnurun komandası klub doğma meydanda "Rudes" Zaqreblə qarşılaşıb. Matç 0:0 hesablı bərabərliklə başa çatıb.

Ötən tur "Dinamo" Zaqreb B ilə səfər oyununda (0:1) 45 dəqiqə oynamış gənc futbolçu bu matçın 81-ci dəqiqəsində meydana buraxılıb.  

Qeyd edək ki, "Duqopolye" 8 turdan sonra aktivində olan 14 xalla 12 klub arasında 2-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right