Paşayev 90 dəqiqə oynadı, komandası 1 xal qazandı

Futbol üzrə Ukrayna çempionatında 9-cu turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, milli komandamızın üzvü Pavel Paşayevin şərəfini qoruduğu "Stal" da növbəti matçına çıxıb.

Həmyerlimizin komandası səfərdə "Zirka" ilə qarşılaşıb. Görüş 0 - 0 hesablı bərabərliklə başa çatıb. Paşayev start heyətdə çıxdığı matçda 90 dəqiqə meydanda olub. O, 67-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Qeyd edək ki, "Stal" 9 turdan sonra 7 xalla 12 klub arasında 10-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right