İspaniya Sequndasında VII turun oyunları davam edir.
Newsport.az-ın məlumatına görə, millimizin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu "Kadis” evdə "Ovyedo”yla qarşılaşıb.
İsrafilovun start heyətində meydana çıxdığı matç komandasının məğlubiyyəti ilə başa çatıb – 0:2. Eddi bu matçın 84-cü dəqiqəsində qırmızı vərəqə alaraq, meydandan qovulub.
Qeyd edək ki, hazırda hesabında 8 xal olan "Kadis” 12-ci pillədə qərarlaşıb.