Portuqaliya çempionatının 6-cı turunda "Porto" evdə eyni şəhərin komandası "Boavişta"nı qəbul edib.
Newsport.az-ın məlumatına görə, millimizin qapıçısı Kamran Ağayev "Boavişta"da ilk oyuna çıxıb.
Görüş "Porto"nun 3:1 hesablı qələbəsilə yekunlaşıb. Qonaqların buraxdığı 3-cü qolda Kamranın kobud səhvi olub.