Kamran Ağayev “Boavişta”nın start heyətində!

Bu gün Portuqaliya çempionatında 6-cı tura start veriləcək.
 
Newsport.az-ın məlumatına görə, turun açılış matçında "Portu" və "Boavişta" komandaları üz-üzə gələcək.
 
Sözügedən qarşılaşmada millimizin qapıçısı Kamran Ağayev də "Boavişta"nın heyətində debüt edəcək. Belə ki, artıq onun adı start heyətə daxil edilib. Ağayev meydanda 1 nömrəli forma ilə çıxış edəcək. "Portu"nun qapısını isə İker Kasilyas qoruyacaq.
 
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə 22:00-da start götürəcək və "CBC Sport" telekanalı vasitəsi ilə canlı yayımlanacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right