“Real”da növbəti ciddi itki

Madridin "Real” klubu Karlos Kasemironun ardınca daha bir ciddi itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, "kral klubu”nun aparıcı futbolçusu Marselo zədə səbəbindən qarşıdakı bir neçə turda komandaya kömək edə bilməyəcək. 
 
Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Bildirilir ki, İspaniya La Liqasının V turunda "Vilyerreal”la matçda zədə alan braziliyalı futbolçu bu gün "Santias La Moraleja” universitetinin xəstəxanasında tibbi müayinədən keçib. 
 
Təcrübəli futbolçunun sağ ayaq əzələsi ikinci dərəcəli gərginlik diaqnozu qoyulub. Futbolçunun müalicəsinin davam etdiyi barədə məlumat verilsə də, onun hansı müddətə sıralara qayıdacağı açıqlanmayıb. 
 
Qeyd edək ki, Marselodan öncə zədə alan Karlos Kasemiro 2 ay komandaya kömək edə bilməyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right