Kasilyas - Ağayev dueli baş tutacaqmı?

Bu gün Portuqaliya çempionatında 6-cı tura start veriləcək.
 
Newsport.az-ın məlumatına görə, turun açılış matçında "Portu" və "Boavişta" komandaları üz-üzə gələcək.
 
Sözügedən qarşılaşmada millimizin qapıçısı Kamran Ağayev də "Boavişta"nın heyətində debüt edə bilər. Belə olan halda azarkeşlər İker Kasilyas və Ağayev duelini izləyə biləcək.
 
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə 22:00-da start götürəcək və "CBC Sport" telekanalı vasitəsi ilə canlı yayımlanacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right